Xırdalanda yeni inşa edilən nasos stansiyasına baxış keçirildi — FOTOLAR

SOSİAL 16 yan 2021, 13:23
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Xırdalan şəhərində inşa edilən və çirkab suların axıdılması üçün nəzərdə tutulan nasos stansiyasına baxış keçiriblər.

Demokrat.az-ın məlumatına görə, bildirilib ki, 2017-ci ilin iyul ayında Azərbaycan Respublikası Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsinin icrası üzrə tikinti-quraşdırma işlərinə başlanıb və 2019-cu ilin sonunda ilkin mərhələ üzrə işlər başa çatdırılıb.

Layihə çərçivəsində Xırdalan şəhərində hər birinin tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı, 4,5 km uzunluğunda magistral, 167 km şəbəkə su xətləri inşa edilib, 17639 ünvana birləşmə verilib. Eyni zamanda şəhərdə 83 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa olunub.

Xırdalan şəhərinin şəbəkələri yenidən qurulduqdan sonra ərazidə formalaşan tullantı sularının həcmi artdığından mövcud 1 və 26 saylı kanalizasiya nasos stansiyalarının məhsuldarlığının artırılması zərurəti yaranıb və bu məqsədlə həmin stansiyaların yenidən qurulmasına qərar verilib.

1 saylı nasos stansiyasında dalğıc tipli müasir nasoslar quraşdırılıb, nasosların çıxış xəttinin mövcud kollektora birləşdirilməsi üçün Xırdalan şəhərinin Heydər Əliyev prospekti boyu 1,7 km uzunluğunda təzyiqli kanalizasiya xətti inşa edilib.

26 saylı kanalizasiya nasos stansiyasında yenidənqurma işləri aparılıb. Burada yeni nasosxana binası, elektromexaniki avadanlıqları üçün otaqlar inşa edilib. Nasos stansiyasında məhsuldarlığı saatda 4320 kubmetr olan dalğıc tipli nasoslar quraşdırılıb.

Nasos stansiyasından Xırdalan dairəsinə qədər 1200 mm diametrli polad borularla 4,2 km uzunluğunda təzyiqli kanalizasiya xətti inşa edilib.

Stansiyada yarım qalmış işlərin başa çatdırılması və mümkün qədər tez işə salınması istiqamətində fikir mübadiləsi aparılıb, görüləcək işlər, atılacaq addımlar müzakirə edilib.

Şəkildə bunlar ola bilər: bir və ya daha çox şəxs, ayaqda duran insanlar və çöldəŞəkildə bunlar ola bilər: 3 nəfər, ayaqda duran insanlar və çöldəŞəkildə bunlar ola bilər: çöldəŞəkildə bunlar ola bilər: 1 nəfərŞəkildə bunlar ola bilər: çöldə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top