Türkiyədə yenidən zəlzələ oldu

DÜNYA 15 yan 2021, 23:04
Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda 4 bal gücündə zəlzələ olub.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ axşam saatlarında 6.97 kilometr dərinlikdə baş verib.

Dağıntı və itki barədə hər hansı məlumatın daxil olmadığı bildirilir.  

Xatırladaq ki, 2020-ci il oktyabrın 30-da İzmirin Seferihisar rayonunda 6.6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 100-dən çox insan həyatını itirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top