NATO-nun Baş katibi: “Kapitoliyaya basqın edənlərin cəzalandırılması vacibdir”

DÜNYA 14 yan 2021, 23:41
“Vaşinqtonda Kapitoliya binasına basqınla əlaqədar bütün məsuliyyət daşıyanların cəzalandırılması vacibdir”. 

APA TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş Katibi Yens Stoltenberq Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Qazvani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. 

Hadisənin qəbuledilməz olduğunu deyən Stoltenberq ABŞ-ın demokratik qurumlarının bunun öhdəsindən gələcəyinə əminliyini ifadə edib: "Seçkilərin nəticələrinə hörmət göstərilməlidir. Demokratik dəyərlərimizə hörmət göstərilməsini təmin etmək üçün hər şeyi etməliyik". 

Baş Katib əlavə edib ki, NATO-ya çox sadiq olan ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Biden ilə işləmək istəyindədirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top