“SOCAR Construction” Mozır NEZ-in hidrokrekinq qurğusunun montajını başa çatdırdı — FOTOLAR

SƏNAYE VƏ ENERGETİKA 13 yan 2021, 17:10
“Mozır NEZ” ASC Belarus Respublikasının ikinci ən iri neft emal zavodu olaraq, son illərdə regionda icra olunmuş ən böyük miqyaslı tikinti layihəsi hesab olunur.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Sözün əsl mənasında meqalayihə

Zavodun əsas obyektlərindən biri olan, Ağır Neft Qalıqlarının Hidrokrekinqi Kompleksində montaj işlərinə 2019-cu ilin avqust ayında start verilib.

Bildirilir ki, xüsusi çətinliyi ilə seçilən montaj işlərinin icrası üzrə nəzəriyyəçi və praktiklərin böyük əksəriyyəti hidrokrekinq Kompleksini əsaslı olaraq əsl meqalayihə kimi qiymətləndirirlər. MDB ərazisində analoqu olmayan bu meqaqurğuda dünyada cəmi 8-i mövcuddur.

Bu layihənin məsuliyyət dərəcəsini, habelə Belarus Respublikasının rəhbərliyi tərəfindən təyin olunmuş çox qısa vaxt məhdudiyyətini nəzərə alaraq, layihə işlərinin icrası üçün yalnız qüsursuz biznes-reputasiyasına malik ən yaxşı xidmət təchizatçıları seçilmişdi. Kompleksin inşasında iştirak üçün seçilmiş şirkətlərin sırasında “SOCAR Construction” şirkəti də olub. “SOCAR Construction” şirkəti texnoloji boru kəmərlərinin bütün montaj işlərini, o cümlədən boru kəməri armaturunun montajını, iriləşdirici yığma işlərini və termik emalı, qaynaqlanmış birləşmələrin müdaxiləsiz yoxlanılmasını, lak-boya örtüyünün vurulmasını, hidravlik və pnevmatik sınaq işlərini həyata keçirib.

Görülmüş işlər layihə həyata keçirildiyi müddətdə müxtəlif materiallardan 13 km-dən çox texnoloji boru kəməri xətti (o cümlədən avadanlıqlar) montaj olunub. Qaynaqlanmış birləşmə yerlərinin sayı 46 mini ötüb (WDI-70000). 5 000-dən çox klapan və bağlayıcı-tənzimləyici armaturun quraşdırılması və montajı yerinə yetirilib.

3,8-54,4 metr səviyyələrində montaj olunmuş təkcə iri-ölçülü (9 tona qədər çəkisi olan) avadanlıqların sayı 60 ədəddən çoxdur.

Komandanın birliyi və yüksək peşəkarlıq səviyyəsi, habelə düzgün qurulmuş idarəetmə sistemi sayəsində “SOCAR Construction” MMC əsas işlərini vaxtında icra edərək Mozır neft emalı zavodunun rəhbərliyindən müsbət rəylər alıb.

Mozır neft emalı zavodunun yenidənqurma və inkişaf üzrə direktoru A.A.Qud “SOCAR Construction” şirkətinin işini yüksək qiymətləndirib: “SOCAR Construction” MMC şirkətinin əməkdaşları xüsusilə təhlükəli obyekt və istehsalat müəssisələrinin sənaye tikintisi sahəsində ən yüksək bacarıq və ixtisas dərəcəsini nümayiş etdirib. Üzərinə götürdüyü müqavilə öhdəliklərinin icrasında “SOCAR Construction” MMC şirkətinin əməkdaşları yüksək peşəkarlıq, təşkilatçılıq bacarığı və məsuliyyətlə fərqlənmişdir. Yuxarıda deyilənlər bu şirkəti sənaye-tikinti layihələrinin layihə sənədlərinin tələblərinə uyğun tərzdə və sifarişçinin təyin etdiyi müddətlər çərçivəsində uğurlu icrasına zəmanət verən, etibarlı tərəfdaş kimi xarakterizə edir”.

Gələcək fəaliyyət imkanları

Hidrokrekinq Kompleksi üçün boru kəmərinin montaj işləri üzrə müqavilə öhdəliklərini uğurla yekunlaşdırmış “SOCAR Construction” şirkəti Mozır NEZ-in istilik izolyasiyası işlərinə dair yeni sifarişini qəbul edib. Həmçinin, yaxın zamanda "SOCAR Construction” şirkətinin komandası İrkutsk neft şirkəti tərəfindən Markovo yatağının istismarına hazırlıq layihəsinə cəlb olunacaq.

Qeyd edək ki, “SOCAR Construction” MMC – SOCAR budağı olaraq keyfiyyətli sənaye və infrastruktur obyektlərində yanacaq-enerji kompleksinin artan tələbatlarının təmin edilməsi məqsədilə təsis olunub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top