Firdovsi Umudov şəhidin nəvəsinin müalicəsinə köməklik etdi — VİDEO

İDMAN 13 yan 2021, 16:00
DSX-nın zabiti, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Mingəçevirdən olan I Qarabağ döyüşlərində şəhid olmuş Mövsümov Vasifin nəvəsinin müalicəsinə köməklik göstərib. 

Demokrat.az xəbər verir ki, bu barədə şəhid oğlu Anar Mövsumov unikal.org-a danışıb:

“Mən ümumi müraciət etmişdim. Övladımın serebral iflicdən əziyyət çəkdiyini və maddi imkanlarımın az olduğunu demişdim. 

Firdovsi müəllim mənim müraciətimi sosial şəbəkədə görüb, əlaqə saxladı. Bir vətəndaş olaraq dəstəyini göstərmək istədiyini dedi. Ona minnətdarlığımı bildirirəm. Bizə ən böyük yaxşılığı o etdi”. 

Firdovsi Umudov şəhid ailəsi ilə danışarkən bu fikirləri bildirib:

“Dövlətimiz, prezident İlham Əliyev və ölkənin I vitse-prezidenti Mehriban xanım Əliyeva  hər zaman şəhid ailələri və qaziləri xüsusi diqqətdə saxlayır. Dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olumasıdır. 

Biz də bir vətəndaş olaraq əlimizdən gələni əsirgəmirik. Şəhid ailələrinə, qazilərə dəstək olmaq hər bir Azərbaycan vətəndaşının borcudur”.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top