Parlamentin komitə iclaslarının videokonfrans ilə keçirilməsi təsdiqləndi

DAXİLİ SİYASƏT 12 yan 2021, 22:08
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Demokrat.az
xəbər verir ki, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilir:

“Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisinin Sədri komitələrin iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edə bilər. Videokonfrans sistemi vasitəsilə keçirilən komitə iclaslarında qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top