Rəmişin vəziyyəti necədir? — AÇIQLAMA

İNCƏSƏNƏT 12 yan 2021, 13:51
“Allaha şükür, Rəmiş özünü normal hiss edir. Düzdür, bir az narahatlığı var. O da ki normal haldır. Rəmişin 77 yaşı var”.

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Rəmişin həyat yoldaşı Gülü xanım deyib.

O bildirib ki, sənətçinin vəziyyəti hazırda qənaətbəxşdir:

“Xəstəxanaya yerləşdirilməyib, evdədir. Çox yorulanda uzanır, amma arada hərəkət də edir. Vəziyyəti elə də ağır deyil. Yaşlı insandır, xəstələnə bilər. Bu, normaldır”.

Qeyd edək ki, bir müddət öncə Xalq artistinin koronavirusa yoluxduğu, daha sonra isə vəfat etdiyi haqda iddialar yayılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top