Hollivudun məşhur cütlüyü boşanır

ŞOU-BİZNES 12 yan 2021, 15:22
Hollivudun ən çox qazanan aktyoru Corc Kluni və hüquqşunas xanımı Amal Kluni boşanır.

Demokrat.az xəbər verir ki, bu barədə nüfuzlu “Life&Style” jurnalı məlumat yayıb. Qeyd olunub ki, 2014-cü ildə ailə quran və iki övladı olan cütlük ayrılıq qərarı alıb.

İddia olunur ki, Corc uşaqların ABŞ-da, Amal isə İngiltərədə təhsil almasını istəyir. Bu fikir ayrılığı cütlük arasında mübahisəyə səbəb olub və münasibətləri korlanmağa başlayıb. Bu səbəbdən Kluni ailəsi ayrılıq qərarı alıb.(qafqazinfo.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top