Vətən müharibəsinin tək xanım şəhidinin büstü — FOTO

MARAQLI 10 yan 2021, 23:15
Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsinin ilk və tək xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışovanın büstü hazırlanıb.

Demokrat.az
xəbər verir ki, büstü gənc heykəltaraş Müstəqil Balayev hazırlayıb.

Arəstə Baxışova Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində çalışıb.

O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.




Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top