Qarabağın turizm inkişaf strategiyası hazırlanır

TURİZM 05 yan 2021, 15:32
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm inkişaf strategiyası hazırlanır. Qarabağda turizm infrastrukturunun inkişaf etdirilməsindən öncə bir neçə komponent təmin edilməlidir”.

Bunu Oxu.Az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin turizm sənayesi ilə bağlı müxtəlif marşrutlar, layihələr və məhsullar hazırlanır:

“Strategiya hazırlandıqdan sonra digər qurumlarla müzakirəsi aparılacaq. Hazırda Şuşanın turizm konsepsiyası üzərində də iş aparılır”.

K.Quluzadə əlavə edib ki, işğaldan azad edilən bölgələrdə bir neçə turizm klasteri yaradıla bilər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top