Mənzil bazarında fantastik qiymət artımı — İkiqat bahalaşma

BİZNES 05 yan 2021, 14:40
"Diqqət benzin və dizelin qiymətinə yönəlib, amma daşınmaz əmlakla bağlı tariflər, o cümlədən evlərin özəlləşdirilməsi tarifləri 2 dəfə artırılıb".

Demokrat.az xəbər verir ki, bunu iqtisadi ekspert Samir Əliyev söyləyib.

Onun sözlərinə görə, çoxmənzilli yaşayış binaları üzrə binanın ümumi sahəsinin hər 1 m2-i 40 qəpik olduğu halda artımdan sonra 85 qəpik olub.

Ekspert artımı belə təsnifləndirib: 

Qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr üzrə:

- sahəsi 100 m2-dək 240 AZN (əvvəl maksimum 120 AZN)

- sahəsi 100 m2-dən 500 m2-dək - max 980 AZN (əvvəl 490 AZN)

Mənzillər üzrə:

- sahəsi 50 m2 -dək (50 m2 daxil) olduqda - 20 AZN (əvvəl 12 AZN)

- sahəsi 50 m2 -dən çox olduqda, hər əlavə 1 m2 üçün 33 qəpik (20 qəpik)

Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə (sahəsi 5,0 ha-dək olduqda):

- pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda maksimum 125 AZN

- kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda maksimum 175 AZN

(Əvvəl vahid tarif olub və maksimum qiymət 66 AZN təşkil edib).

Həyətyanı və bağ sahələri üzrə:

- sahəsi 0,12 ha-dək olduqda - 20 AZN (əvvəl 12 AZN)

- sahəsi 0,12 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün - 1,7 AZN (əvvəl 1 AZN)

S.Əliyev orta hesabla bütün qiymətlərin 2 dəfə artığını vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top