Brilliant Dadaşova: "Çox həyat söndü, insanlar bədbəxt oldular"

ŞOU-BİZNES 05 yan 2021, 12:24
Birinci Qarabağ Müharibəsində polis işləyən xalamoğlu şəhid olub. O, könüllü olaraq cəbhəyə yola düşmüşdü. Sonuncu dəfə mənim toyumda iştirak etdi. İki-üç ildən sonra şəhid oldu. Özü ailə qurmamışdı. Elə mənim toyumda çəkdirdiyi şəkillərə baxıb ağlayırdıq”. 

Demokrat.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova AzTV-də yayımlanan “Ən doğrusu” proqramında qonaq olarkən deyib.

Məşhur müğənni bacısı Lalə Dadaşovanın oğlunun da o zaman yaralandığını söyləyib: “Bacım Lalənin oğlu hərbi xidmətə yollandı. Əsgər kimi vəzifəsini yerinə yetirdikdən sonra hərbçi olmaq istədi. Üç ilə yaxın döyüşdü, başında kantuziya zədəsi (ağır kəllə beyin travması) olub, 27 tikiş qoydular. Çox həyat söndü, insanlar bədbəxt oldular”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top