Azərbaycana ən çox bu şirkətlər valyuta gətirir — SİYAHI

BİZNES 01 yan 2021, 15:00
Ötən ilin ilk 11 ayı ərzində Azərbaycanın ixracı 13,1 milyard dollar olub və bunun 1,6 milyard dolları qeyri-neft sektorunun payına düşüb.

Demokrat.az
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki,  qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 142  milyon dolları və ya 8 azalıb.

2020-ci ilin yanvar-noyabr xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən dövlət və özəl şirkətlərin ilk 20-liyi aşağıdakı kimi olub.

2020-ci ilin 11 ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar:

"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi,
“Socar Polymer” MMC,
"Land Lojistic" MMC,
"MKT İstehsalat Kommersiya" MMC,
"Sun Food" MMC,
"Global Trade Group" MMC, 
"Almeyvə" MMC,
"Baku Steel Company",
“Aqrovest” MMC
"Fruit Store" MMC.

2020-ci ilin 11 ayı üzrə hazırlanan dövlətə məxsus ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”
"Azergold" QSC,
"Azəralüminium" MMC,
"Azərenerji" ATSC,
"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,
 "Azərbaycan Hava Yolları" QSC,
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC,
"Azərbaycan İstilik Elektrik Stansiyası" MMC,
Naxçıvan MR Dövlət Energetika Xidməti
“Azəripək” MMC.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top