Vətən müharibəsinin xüsusi təyinatlısı: “35 nəfərlik heyətlə 600-dən çox ermənini məhv etdik”

MÜSAHİBƏ 01 yan 2021, 13:55

44 günlük Vətən müharibəsinin könüllüləri də artıq yavaş-yavaş evlərinə qayıdır. Onlardan biri də Vüsal Ağazadədir.

29 yaşlı Vüsal Suqovuşanın azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib.

Evin tək oğlu olan Vüsal təlimlərdən sonra Xüsusi Təyinatlı qruplara seçilənlərdən biri olaraq döyüşə qoşulur. Arzusu vətən uğrunda döyüşüb şəhid olmaq olur.

Döyüşlər zamanı mühasirəyə düşür. Əsir düşməkdənsə özünü təpənin başına çatdıraraq güllə qabağına verib, şəhid olmağı gözləyir... Daha sonra baş verənləri isə Vüsal Ağazadənin öz dilindən eşidək.

Oxu.Az Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçüsü 29 yaşlı Vüsal Ağazadə ilə müsahibəni təqdim edir:

- Döyüşlərə qatılmaq üçün neçə dəfə müraciət etdiniz?

- Mən bir neçə dəfə müraciət etdim. Amma məni çağırmadılar. Bir neçə dəfə israrla zəng edib maraqlandıqdan sonra, nəhayət üçüncü cəhddən sonra çağırıldım. Bəlkə də onda da çağırılmayacaqdım. Təsadüfən çağırışçılar arasında dostum da var idi. Elə onu yola salan zaman özümü onlara xatırlatdım və elə dostumla birgə də cəbhəyə yollandım.

- 90 nəfərin içərisində seçilənlərdən olmusunuz.

- Biz döyüşə yollanmazdan qabaq təlimlərdə olduq. Təlimləri uğurla başa vuranlar Xüsusi Təyinatlıların dəstəsinə qoşularaq irəli gedəcəkdi. Mən döyüşlərə irəlidə getmək üçün gəlmişdim. Elə oldu ki, təlim tapşırıqlarını layiqincə başa vurduğum üçün seçildim və Ağdərə istiqamətinə göndərilən qrupa qoşuldum.

Hər kəs maşına minəndə adları çəkildi, amma mənim adımı çəkmədilər. Soruşdum ki, bəs mən? Dedilər yox, sən qal, onlar getsin. Adım çıxmasa da mübahisə edib maşına mindim və getdim. Maşın bizi müəyyən məsafəyə qədər apardı. Daha sonra doqquz saat piyada yol getdik. Sonda qızğın döyüşlər başladı.

-Döyüş nə qədər davam etdi?

-Bir sutkadan artıq döyüşlər getdi. Bizim heyət sayca az olsa da onları darmadağın etdik. Düşmənin heç ağlına da gəlməzdi ki, üzvləri çox olmayan bir qrup xüsusi təyinatlı onların 600-dən çox şəxsi heyətini məhv edər. Bizdən elə qorxurdular ki, onlara elə gəlirdi ki, qarşılarında bir ordu var. Əslində isə biz 35 nəfər şəxsi heyətlə onların iki min nəfərlik heyətinin yarısını məhv etdik.

Düşmən çox itki verdiyi üçün qorxub geri çəkilməyə başladı. Bir müddət sonra isə ağ bayraq qaldırdılar. 



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top