Mənsum İbrahimov Prezidentə təşəkkür etdi

İNCƏSƏNƏT 31 dek 2020, 17:28
Dünən “Şərəf” ordeni ilə təltif edilən Xalq artisti Mənsum İbrahimov Prezident İlham Əliyevə təşəkkür edib.

Demokrat.az xəbər verir ki, M.Mənsumovun Prezidentə yazdığı məktubda deyilir:

“Hörmətli cənab Prezident!

Ulu Öndərimiz Heydər Əliyevin Ata vəsiyyətini şərəflə yerinə yetirən, xalqımızın şərəfini şərəflə qoruyaraq, yeni tarix yazan sərkərdəmiz kimi doğma torpaqlarımızı - Azərbaycan musiqi mədəniyyətinin beşiyi, bu həyatı və səsi mənə bəxş edən gözəlimiz Qarabağımızı işğaldan azad edən, ölkəmizin iqtisadi, siyasi, mədəni yüksəlişini, insanlarımızın qayğılarının həll edilməsini özünün ən başlıca vəzifəsi bilən Sizin kimi şərəfli bir dövlət başçısı tərəfindən “Şərəf” ordeninə layiq bilinmək mənim üçün çox böyük şərəfdir.

Fürsətdən istifadə edərək Sizi və ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanı, ailənizin bütün üzvlərini, Sizin şəxsinizdə bütün xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edirəm.

Dərin hörmət və ehtiramla, Azərbaycanın Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli Mənsum İbrahimov".(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top