Rusiyadan Azərbaycan pomidoru ilə bağlı daha bir QƏRAR

BİZNES 30 dek 2020, 09:52
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) yanvarın 1-dən Azərbaycanın daha 15 müəssisəsindən pomidor idxalına icazə verib.

Bu barədə “Qafqazinfo” “Rosselxoznadzor”a istinadən xəbər verir.

“Aparılmış danışıqların nəticələrinə əsasən, təqdim olunmuş məlumata müvafiq olaraq və Azərbaycan Respublikasının səlahiyyətli qurumunun zəmanəti altında “Rosselxoznadzor” 1 yanvar 2021-ci il tarixindən etibarən 2020-ci ildə Cənubi Amerika pomidor güvəsinin aşkarlanmadığı rayonlarda yerləşən 15 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor gətirilməsinə icazə verməyi mümkün hesab edib”, - məlumatda deyilir.

Daha əvvəl “Rosselxoznadzor” daha 17 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə vermişdi.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top