“Müəyyən qədər yaşım var, həyatda kamilləşmişəm...” — Afaq Bəşirqızı

İNCƏSƏNƏT 29 dek 2020, 15:10
Azərbaycanda 18 yanvaradək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək. Ölkə üzrə xüsusi karantin rejiminin müddəti gələn ilin yanvarın 31-dək uzadılıb. Karantin rejimi ilə bərabər dayandırılmış iş sahələri sənət adamlarının da maddi durumuna təsir edib.

Sənətçilər həm özlərini virusdan qorumağa çalışır, həm  alternativ gəlir yerlərinin arayışına çıxırlar.

Məsələ ilə bağlı danışan Xalq artisti Afaq Bəşirqızı özünü maksimum qoruduğunu bildirib:

“Müəyyən qədər yaşım var, həyatda kamilləşmişəm, bilirəm ki, bu epidemiyadır və zarafatı sevmir. Dünyanı cənginə almış bir xəstəlikdir, ona görə də başqalarını əziyyətə salmamaq üçün qorunuram. Demək olar ki, bütün günü evdəyəm. Hamıya da məsləhət görürəm ki, özlərini qorusunlar. Nə qədər özümüzü qorusaq, bir-birimizə hörmət etmiş oluruq. Bu qırğının qarşısını almış oluruq. Qısa müddət ərzində mədəniyyət sahəsində də çox incəsənət xadimini itirdik, yaxınlarımızdan uzaq düşdük. Xəstəlik artıq özünü göstərdi, bir növ elanını verdi ki, “mən buyam”. Biz əvvəllər nədənsə koronavirusu zarafata saldıq, açıq etiraf edim ki, çox soyuqqanlı olduq. Yaxşı deyək ki, bundan sonra yaxşı olsun. Artıq yoluxanların sayı azalır, bu sevindirici haldır”.(yenisabah.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top