Dollar ucuzlaşır?

MALİYYƏ 29 dek 2020, 12:47
"Dollar ucuzlaşacaqmı? ABŞ-da 900 milyard dollarlıq yardım paketinin təsdiqindən sonra ən çox müzakirə edilən iqtisadi məsələlərdən biri də budur. COVİD-19 ilə mübarizədə kifayət qədər bahalı paketin icrasına başlanılması okeanın o tayında valyuta bazarına emissiya ediləcəyindən xəbər verir. Dolların səbət valyutalara, o cümlədən avroya qarşı müəyyən dəyər itirəcəyi istisna edilmir. Amma yardım paketinin dəyərinin böyük olmasına baxmayaraq, dolların aparıcı valyutalara nisbətən də kəskin dəyər itirəcəyi gözlənilmir".

Demokrat.az
xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov deyib. Deputat qeyd edib ki, inkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dolların ucuzlaşması inandırıcı deyil:

"Yenə də qlobal ehtiyatların 60 faizindən çoxu ABŞ dollarında saxlanılır. Praktik olaraq emissiyanın hansı məbləğdə olmasından asılı olmayaraq qlobal bazarda investorların dollara inamı yüksək olaraq qalmaqdadır.

Mərkəzi Bank manatın dollara nisbətən mövcud məzənnəsini qoruyub saxlamağı hədəfləyir. Ümumiyyətlə, region ölkələri üçün bahalı valyuta ixrac imkanları baxımdan sərfəli hesab olunmur. O baxımdan bütövlükdə regionda milli valyutaların dollara nisbətən möhkəmlənməsi güman olunmur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top