Mərkəzi Bank “qara bazar”da valyuta mübadiləsi ilə bağlı xəbərdarlıq etdi

MALİYYƏ 26 dek 2020, 12:24
Ölkədə valyuta satışı üzrə “qara bazar”ın fəaliyyət göstərməsi ilə bağlı ictimaiyyətdə yayılan yalnış firkilərə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) qanunvericiliklə nəzərdə tutulmuş qaydada valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik olan banklar və valyuta mübadiləsi məntəqələri üzərində nəzarəti həyata keçirir.

Bu barədə Demokrat.az-a AMB-dən bildirilib.

Məlumatda həmçinin qeyd olunub ki, müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir və bu fəaliyyətin qarşısının alınması səlahiyyətli orqanlar tərəfindən təmin edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top