ABŞ-ın Etnik Anlaşma Fondunun sədri İlham Əliyevi təbrik edib

XARİCİ SİYASƏT 25 dek 2020, 21:17
ABŞ-ın Etnik Anlaşma Fondunun sədri Ravvin Mark Şnayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Demokrat.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Cənab Prezident İlham Əliyev.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizə möhkəm cansağlığı arzulayır və Zati-alinizin rəhbərliyi ilə ölkənizin daha uğurla inkişaf etməsini diləyirəm”.  

“İsrail üçün Yəhudi Agentliyi”nin icraçı direktoru İsaak Herzoq da Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir:

 “Zati-aliləri.

Yeni 2021-ci il ərəfəsində Sizi səmimi qəlbdən təbrik edir və gələn ilin xoşbəxt və firavan keçməsi ilə bağlı arzularımı çatdırmaqdan şərəf duyuram. Bu fürsətdən istifadə edərək Sizi, həmçinin doğum gününüz münasibətilə də təbrik edirəm.

Yola saldığımız il İsrail, Azərbaycan və dünyanın əksər ölkələri üçün gözlənilməz çətinliklər və misli görünməmiş təhdidlərlə yadda qaldı.

Mən Sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirdim, ancaq hamımızın bu il öhdəsindən gəlməli olduğumuz pandemiya həmin görüşümüzü təxirə salmağa məcbur etdi. Ümid edirəm ki, gələn il Sizinlə görüşmək üçün fürsət yaranacaqdır, çünki həqiqətən də Sizinlə şəxsən görüşüb yəhudi və Azərbaycan xalqları arasındakı tarixi səmimi münasibətlərlə bağlı məmnunluğumu bildirmək istərdim.

Yeni il xalqınıza sülh, firavanlıq və cansağlığı bəxş etsin, xalqlarımız arasındakı səmimi və sıx əlaqələr daha da inkişaf etsin. İsrail ilə Azərbaycan arasındakı strateji əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə ümidvaram.

Cənab Prezident, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top