Azərbaycan pikap tipli avtomobillər istehsal edəcək

AVTO 25 dek 2020, 14:40
"Azərmaş" ASC gələn il "Khazar" brendi altında pikap tipli avtomobillərin iki modelinin istehsalına başlayacaq.

Bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

Onun sözlərinə görə, bu avtomobillərin istehsalına gələn ilin yarısınadək başlanılacağı nəzərdə tutulur: "Ümumiyyətlə, müəssisənin istehsal prosesinə dair cari ilə bir çox planlar var idi. Lakin pandemiya səbəbindən onlar gələn ilə təxirə salındı. Planlara "Khazar" brendi altında premium sinfinə aid modellərin istehsal həcminin artırılması daxil idi ki, biz buna gələn il nail olmaq niyyətindəyik".

ASC-nin rəhbəri əlavə edib ki, ümumilikdə, "Khazar" avtomobilləri üzrə builki istehsal həcmi təqribən ötən ilin göstəricisinə çatıb: "Cari ildə 1 800-dən çox avtomobil istehsal olunub, ötən il isə bu rəqəm 2 000-ə yaxın idi".(apa.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top