AzTV sədri: “Azərbaycan mediasında naşı və ya sıravi, qeyri-peşəkar insanlar var”

SOSİAL 25 dek 2020, 11:29
“Bu gün əfsuslar olsun ki, Azərbaycan mediasında naşı və ya sıravi, düşüncə baxımından qeyri-peşəkar insanlar var.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov onlayn keçirdiyi illik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hər hansı məsələni kimlərinsə prizmasından ötürən həmkarlar da var: 

“Bu gün də hər bir tənqidin və müsbət fikrin bir əsası və faktı olmasına çalışmalıyıq. O faktı bizdən eşitmək istəyirsinizsə, biz öz həmkarlarımıza açığıq. Çalışırıq ki, televiziyada baş verənlər barədə operativ və obyektiv məlumatlar verək”.

Sədr qeyd edib ki, yanvar ayından etibarən AzTV yeni efir otağından yayıma başlayacaq:

“AzTV-nin HD yayıma keçməsi üçün işlər aparılır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top