Qazaxıstan Prezidenti Azərbaycanın dövlət başçısına zəng vurdu

XARİCİ SİYASƏT 24 dek 2020, 10:46
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Demokrat.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan Prezidenti dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top