“Əlil arabası” ifadəsi “təkərli oturacaq”la əvəzləndi

SOSİAL 23 dek 2020, 16:37
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı”na 23 yeni növ də əlavə edilib.

Demokrat.az
xəbər verir ki, aparılan islahatlar çərçivəsində əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı sahəsi də inkişaf etdirilir. Bu sahədə müasir yanaşmalar tətbiq olunur, təqdim edilən reabilitasiya vasitələrinin getdikcə həm keyfiyyəti, həm də növləri artır.

Yeniliklərdən biri kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər üçün yüksək texnologiyalı protezlərin istehsalı və təqdim edilməsinə başlanıb. Həmçinin, əlilliyi olan şəxslərin müyəssərlik, inteqrasiya imkanlarının artırılması üçün yeni vasitələrin tətbiqi artıq ardıcıl xarakter alıb. Qeyd edilənlərlə əlaqədar da siyahıda ənənəvi reabilitasiya vasitələri ilə yanaşı, yeni növlər (yataq xəstələri üçün çarpayı, hərəkətli qaldırıcı qurğu, səs, göz, sifət və diş protezləri, “danışan kitab” və s.) də əksini tapıb.

Eyni zamanda, müasir yanaşmanın nəticəsi olaraq, siyahıda “əlil arabası” ifadəsi də “təkərli oturacaq”la əvəz edilib.

Ümumilikdə, siyahıda reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top