Şuşada 30 ildən sonra ilk konsert təşkil edildi — VİDEO


QARABAĞ 23 dek 2020, 00:29
Bu gün Qarabağın döyünən ürəyi olan Şuşa şəhərində Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə son 30 ilin ilk konserti keçirilib.

Şanlı ordumuzun əsgərləri qarşısında Azərbaycanın xalq artisti Tünzalə Ağayeva, Ənvər Sadıxov və əməkdar artist Abbas Bağırov, xanəndə Almaz Orucova, müğənnilər Azad Şabanov və Cavid çıxış ediblər. Konsertin aparıcısı “Parni iz Baku” teatrının rəhbəri Tahir İmanov olub.

Xatırladaq ki, bu gün Şuşada Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının açılışı baş tutub. Açılışda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev iştirak edib. /bizim.media







DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top