Ermənistanın taleyi bu gün həll olunacaq — Paşinyan saatlar ərzində...

DÜNYA 22 dek 2020, 14:14
Ermənistan baş naziri Nikol Paşinyanın istefası bir neçə günün işidir.

Demokrat.az
xəbər verir ki, bunu Vətən Partiyasının üzvü Arsen Babayan jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün həlledici mitinq başlayır. Əminəm ki, saatlar ərzində olmasa da, bir neçə gün ərzində Paşinyan baş nazir kürsüsündə oturmayacaq”, - o qeyd edib.

Siyasətçi hökumətin istefasını tələb edən müxalifət mitinqləri zamanı qarşıdurmaların qarşısını almaq üçün əlindən gələni edəcəyini vurğulayıb.

Qeyd edək ki, bu gün Ermənistanın müxalif qüvvələri etiraz aksiyaları və ümumtətil keçirmək niyyətindədir. Əsas mitinqin hökumət binasının qarşısındakı Respublika Meydanında keçirilməsi planlaşdırılır.

Etirazçıların 3 tələbi var: baş nazirin könüllü istefası, parlamentin impiçmenti və hökumət başçısının tutulması.

Ermənistanda aksiyalar 10 noyabrdan baş nazirin Qarabağla bağlı imzaladığı üçtərəfli bəyanata cavab olaraq başlayıb. Müxalifət Paşinyanı milli maraqlara xəyanət etməkdə günahlandırır və istefasını tələb edir.(publika.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top