Bakıda qadın uşaqlarını və özünü binadan niyə atdı? — ŞOK SƏBƏB + VİDEO

HADİSƏ 21 dek 2020, 16:11
Bakıda ana iki azyaşlı körpəsi ilə birlikdə intihara cəhd edib. 

Baku TV-nin xəbərinə görə, Nigar Cəfərova istintaqa ilkin ifadəsində bildirib ki, həyat yoldaşı Cavid Cəfərov narkotik vasitə istifadəçisidir və azyaşlı oğullarını da narkotikdən istifadəyə məcbur edib. 

N.Cəfərova intihara həyat yoldaşının bu hərəkətlərini əsas gətirib. Qonşular ailəni mehriban və sakit ailə kimi tanıdıqlarını deyiblər. 

Qeyd edək ki, C.Cəfərov izahatı alınması üçün saxlanılıb, araşdırma aparılır. 

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top