Biznes Qarabağa qayıdır: Şuşada ilk sahibkarlıq subyekti fəaliyyətə başladı​ — FOTOLAR

HADİSƏ 19 dek 2020, 20:31
Şuşa şəhərində çörək və şirniyyat mağazası fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti sayəsində işğaldan azad olunmuş Şuşa şəhərində ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb. İstehsal sahəsi və mağazadan ibarət müəssisə işğaldan azad olunmuş Şuşa şəhərində fəaliyyətə başlamış ilk sahibkarlıq subyektidir. 

“Azcake” MMC-yə məxsus istesal sahəsinin və mağazanın açılmasına dövlət dəstəyi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilib. Belə ki, çörək və şirniyyat məhsullarının istehsalı üçün avadanlıqların alınması və müəssisənin qurulması üçün “Azcake” MMC-yə dövlət dəstəyi göstərilib.
 
İlkin olaraq istehsal sahəsində gündəlik olaraq 8 min ədəd çörək və şirniyyat məhsulları istehsal ediləcək. Hazırda müəssisədə 3 nəfər işçi çalışır. Gələcəkdə müəssisə istehsal gücünü və işçi sayını artıracaqdır. Burada istehsal olunan çörək və şirniyyat məhsulları hərbçilərimizə pulsuz olaraq verilir.





Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top