Daha bir stadiona Maradonanın adı veriləcək

İDMAN 19 dek 2020, 23:25
Argentinanın La-Plata şəhərində yerləşən "Uniko" stadionunun adı dəyişdiriləcək.

"Report"un məlumatına görə, bu barədə Buenos-Ayres əyalətinin qubernatoru Aksel Kisillof "Infobae" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, arena dünya futbolunun əfsanəsi, ötən ay dünyasını dəyişmiş Dieqo Maradonanın şərəfinə "Uniko de La-Plata Dieqo Armando Maradona" adlandırılacaq.

Bu, argentinalı veteran hücumçunun adını daşıyan 2-ci stadion olacaq. Daha əvvəl İtaliyanın "Napoli" komandasının ev oyunlarını keçirdiyi arenaya Maradonanın adı verilib.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top