Ölən hərbçilərin qohumları Paşinyanı qəbiristanlığa buraxmaq istəmədi

DÜNYA 19 dek 2020, 16:31
Azərbaycanın Qarabağ bölgəsindəki müharibədə iştirak etmiş işğalçı Ermənistan ordusunun veteranları, adi vətəndaşlar və ölən hərbçilərinin qohumları baş nazir Nikol Paşinyanı “Yerablur” qəbiristanlığına buraxmaq istəməyib.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

“Biz artıq susa bilmərik. Nikol Paşinyanın bizimlə bir yerdə ölən oğullarımızın xatirəsini yad etməyə icazə verməyəcəyik. “Yerablur”a o, bizim meyitimizin üstündən keçib, gedə bilər”, ölən əsgərin qohumu bildirib.

Qeyd edək ki, dekabrın 19-dan Ermənistanda 3 günlük matəm başlayıb. Nikol Paşiyan hökumət üzvləri, məmurlar və tərəfdarları ilə birlikdə hökumət binasının qarşısından qəbiristanlığa matəm yürüşü edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top