Şəhid atası: "Oğlumla hər dəfə danışanda deyirdi ki, düşməni qovuruq" — VİDEO

SOSİAL 19 dek 2020, 00:02
Türkiyə və Ukranyada təhsil alıb, 5 xarici dili öyrənmişdi. Tovuz döyüşlərindən sonra ailəsindən xəbərsiz könüllü cəbhəyə yollanmaq üçün müraciət edir. Bir bacının qardaşı olan Mingəçevir sakini Atiq İbrahimov Vətən müharibəsi başlayan gündən döyüşlərə qatılır.

Demokrat.az
-ın Xezerxeber.az-a istinadən məlumatına görə, ilk olaraq Tərtər rayonunun Talış kəndinin azad edilməsində fəal iştirak edir.

Atası Ariz İbrahimov oğlu ilə oktyabrın 15-ə qədər danışa bildiklərini bildirir. Hər dəfə düşməni qovduqlarını, tezliklə qələbə qazancaqlarını deyirmiş Atiq İbrahimov.

Döyüşə yollanan zaman ailəsi ilə yalnız telefonla sağollaşır. Anası Atiqin savadlı, mədəni bir övlad olduğunu deyir.

Gülüş İbrahimova oğlunu tezliklə evləndirməyi düşünürmüş. Atiq də döyüş yoldaşına qələbə qazanıb, geri döndükdən sonra toy edəcəyini deyib. Amma arzuları yarımçıq qalıb.

İndi səninlə bütün Azərbaycan fəxr edir şəhid qardaş!

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top