Deputatın qalmaqallı "Relax"ı Yeni ildə də işləyəcəkmiş — Qanun pozuntusu

GÜNDƏM 18 dek 2020, 15:45
Xəbər verdiyimiz kimi sərt karantin rejimi elan edildiyi üçün bu vaxt ərzində heç bir restoran və kafelərin işləməsinə icazə verilmir. Lakin sosial şəbəkələrdə millət vəkili İqbal Məmmədovun “Relax” İstirahət və Turizm Mərkəzinin işləməsiylə bağlı məlumatlar yayılıb. Sosial şəbəkə istifadəçiləri istirahət mərkəzinin Yeni ildə təklif etdiyi reklam lövhəsinin fotosunu da paylaşıblar.

Elanın üzərində göstərilən telefon nömrəsi ilə əlaqə saxlanılıb. Dəstəyə cavab verən şəxs istirahət mərkəzinin Yeni ildə işləyəcəyini bildirib:

“Bizdə ayrı-ayrı otaqlardı. İstəsəniz sifariş verə bilərsiniz. Elə böyük bir şənlik keçirmək nəzərdə tutulmur. Əgər sifariş vermək istəsəniz, bu nömrənin “votçap” nömrəsinə yazın və biz sizin üçün yer saxlayaq. İstirahət mərkəzimizdə istirahət etməyinizi sizə məsləhət görürük”. 

Qeyd edək ki, “Relax” İstirahət və Turizm Mərkəzi  Lerik rayonunda yerləşir. Azərbaycanın bir çox bölgələri kimi Lerik rayonu da Vətən müharibəsində 70-dən çox şəhid verib. Belə bir vaxtda rayonda yerləşən istirahət mərkəzində şou-proqram keçirmək nə qədər doğrudur?

Bununla yanaşı xatırladaq ki, hələ ötən il Vergilər Nazirliyinin əməkdaşları “Relax” İstirahət və Turizm Mərkəzinə “vergidən yayınma əsaslarına görə vergi yoxlaması üçün” getmişdi və nəticədə Vergilər Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə istirahət mərkəzinin rəhbərliyi arasında qarşıdurma baş vermişdi. Həmin vaxt İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlı və digər 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilmişdi.(moderator.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top