Şabranda şok olay: 4 nəfər məktəbliyə təcavüz etdi

KRİMİNAL 18 dek 2020, 13:10
Şabran rayonunda məktəblilərə təcavüz etməkdə ittiham olunan 1999-cu il təvəllüdlü Müslüm Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Müslüm Hüseynov Şabran rayonu Şahnəzərli kəndində, oxuduğu məktəbin həyətində futbol oynayan 2003-cü il təvəllüdlü Amid Babayevin (ad və soyad şərti verilib. – red.) köməksiz vəziyyətindən istifadə edib, ona güya özündən yaşca balaca olan Mahir adlı uşaqla münaqişə etdiyinin şahidi olduğunu və bu barədə onun valideynilərinə məlumat verəcəyi ilə hədələyib.

Müslüm Hüseynov bu hədə-qorxu gəlməklə Amid Babayevlə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyini ona bildirib. Amid Babayev onun təklifini qəbul etməyib və etiraz etdikdə müqavimətini qırmaq üçün ona qarşı zor tətbiq edib.

Müslüm Hüseynov Amid Babayevin sinə və qarın nahiyyələrinə yumruqla zərbələr endirib və qolundan tutaraq həmin kəndin orta məktəbinin həyətində yerləşən ayaqyoluna aparıb. Orada öz, eləcə də onun əynindəki şalvarı və tumanı çıxarıb, zorla  qeyri-təbii yolla cinsi əlaqədə olub.

Bundan başqa, Müslüm Hüseynov təkrarən yaşadığı  Şabran rayonu Şahnəzərli kəndində öz cinsi ehtirasını təmin etmək niyyəti ilə həmkəndliləri, yetkinlik yaşına çatmayanlar – Bahadur Hacıyev, Elnur Soltanov və Tərlan Mehtiyev ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girib.

Müslüm Hüseynov cinayətkar niyyətlərini həyata keçirmək üçün aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq orta məktəbin şagirdi olan Amid Babayev ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq qərarına gəlib. O, Amid babayevi uydurma bəhanə ilə evdən çağırıb və küçəyə çıxartdıqdan sonra onun köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq edib, döyəcəyi ilə hədələyib. Onu zorla kənd sakini Eyub Mehtiyevə məxsus evin həyətyanı sahəsinə aparıb, orada növbə üzrə, ilk olaraq özü daha sonra Elnur Soltanov, Tərlan Mehtiyev və Bahadur Hacıyev evin həyətyanı sahəsində yerləşən ayaqyolunda qeyri-təbii yolla cinsi əlaqədə olublar, ona qarşı seksual xarakterli hərəkətlər ediblər.

İstintaq orqanı tərəfindən Müslüm Hüseynov, Elnur Soltanov, Tərlan Mehtiyev və Bahadur Hacıyevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər törətmək) maddəsi ilə ittiham elan ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müslüm Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən şəxslər - Elnur Soltanov, Tərlan Mehtiyev və Bahadur Hacıyevin də barəsində ittihamedici hökm çıxarılıb.

Hökmdən narazı qalan Müslüm Hüseynov apelyasiya şikayəti verib. Müslüm Hüseynov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, göstərib ki, Amid Babayevin atası onun anasına sataşması ilə əlaqədar olaraq valideynləri boşanıb və ailəsi el arasında biabır olduğu üçün yaşadıqları Şabran rayonu, Şahnəzərli kəndindən köçməyə məcbur qalıblar.

Uşaq yaşlarını ata qayğısından kənar keçirtdiyi üçün ondan qisa almaq məqsədi ilə oğlu Amid Babayevlə uşaqbazlıq etməsi barədə qəsdən şailər uydurub.

Müslüm Hüseynovun fikrincə, cinayət işi üzrə toplanmış sübutlar onun ittiham olunduğu əməldə təqsiri sübuta yetirmir. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Müslüm Hüseynovun şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda araşdıram aparılan zaman Müslüm Hüseynov apelyasiya şikayətindən imtina etdiyini açıqlayıb. O, apelyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş edib.

Hakim heyəti onun istəyini nəzərə alıb və apelyasiya şikayətinə xitam verilməsi barədə qərar elan ediblər.

Qeyd edək ki, cinayət işində adı keçən təqsirləndirilən şəxslər Elnur Soltanov, Tərlan Mehtiyev və Bahadur Hacıyev tərəfindən apelyasiya şikayəti verilməyib.

Bu səbəbdən onlarla bağlı olan hökmün hissəsi apüelyasiya məhkəməsində araşdırma aparılmayıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top