Türkiyədə koronavirusdan ölənlərin sayında yeni rekord

DÜNYA 17 dek 2020, 22:09
Türkiyədə koronavirusdan (COVID-19) ölüm halları hər gün artmaqda davam edir.

Demokrat.az Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutka ərzində ölkədə 243 nəfər ölüb ki, bu da Türkiyədə COVID-19-dan ölümə görə ən yüksək göstəricidir.  

Məlumata əsasən, ötən sutka koronavirus testindən 206 102 nəfər keçib, simptomları da müəyyən edilməyənlərlə birlikdə 27 515 nəfər  COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Bu gün sağalan xəstə sayı 30 494 olub. Ağır xəstə sayı dünənlə müqayisədə 57 nəfər azalaraq 5803 olub. 

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 1 955 680 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 721 607 nəfər sağalıb, 17 364 nəfər isə ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top