Kəlbəcərdə Polad Həşimov küçəsi — FOTO

GÜNDƏM 17 dek 2020, 13:06
Kəlbəcər rayonunda xidmət aparan Azərbaycan əsgərləri şəhərin mərkəzi küçələrinin birinə şəhid general Polad Həşimovun adını veriblər.

Demokrat.az xəbər verir ki, bu haqda “Haber Global” telekanalının rayondan hazırladığı reportajda məlumat verilib.

Jurnalist bildirib ki, Azərbaycan əsgəri bir yandan rayonda mina təmizləməsi həyata keçirir, bir yandan da şəhərin yenidən inşası var: “Amma təbii ki, şəhidlər də unudulmur. Tovuz hadisələrində şəhid olan Polad Həşimovun adı buraya bir boya ilə yazılıb. Artıq bu küçənin adı Polad Həşimov küçəsidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top