Qarabağda erməni əsgər intihar etdi

QARABAĞ 17 dek 2020, 00:11
Dağlıq Qarabağda erməni hərbçi intihar edib.

Demokrat.az
APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 15 dekabr saat 14:00-da Qarabağdakı döyüş mövqelərinin birində erməni hərbi hissələrindən birinin hərbi qulluqçusu əsgər Vahe Ovannesoviç Babayanın cəsədi aşkar olunub.

Əsgərin ölümü faktı ilə əlaqədar Ermənistan Cinayət Məcəlləsinin 360.1-ci (ehtiyatsızlıqdan hərbi qulluqçunun intihara məcbur edilməsi) maddəsi ilə cinayət işi başlanılıb.

İlkin araşdırmalar aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top