Deputat: “Görünməz düşmənə qarşı mübarizədə hələlik qalib görünmürük...”

GÜNDƏM 16 dek 2020, 13:42
"Yaxşı olardı ki, karantin rejimi dövründə qaz və işığa verilən limtin miqdarı artırılsın".

Bunu Qaynarinfo-ya açıqlamsında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. Deputatın sözlərinə görə, sərt karantin dövründə vətəndaşların gəliri də  azalır:

"Bir tərəfdən onların zəriru istehlak mallarının, qida məhsullarının alınmasına ehtiyacları var. Bu olmalıdır, eyni zamanda qışda qaz və işıqdan istifadə xeyli dərəcədə artır. Ona görə də bu ümumi büdcəyə kifayət qədər yük gətirir. Yaxşı olardı ki, buna Tarif Şurası tərəfindən baxılardı. Karantin rejimi dövründə qaz və işığa verilən limtin miqdarı artırılmalıdır. Məncə, bu, insanlarımızın vəziyyətini bir az yüngülləşdirər. Hər halda pandemiya dövründə vətəndaşlarımıza kifayət dədər dəstək olarıq".

Fəzail Ağamalı qeyd edib ki, uzun zamandan bəri görünməz düşmənə qarşı mübarizədə hələlik qalib görünmürük:

"Əslində bu bəla bütün dünyanı bürüyüb. Dünya bu pandemiya qarşısında son dərəcə çətin vəziyyətdədir. Azərbaycan da dünyanın bir parçası kimi təbii olaraq bu çətinlikləri yaşamaq məcburiyyətindədir. Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi qaydalar var. Bu qaydalara hökmən əməl etməliyik. Dəfələrlə mən bu haqda söyləmişəm. İndi də bəyan edirəm, üç qızıl şərt var - tibbi maska, məsafə saxlamaq və gigiyenik qaydalara əməl etmək. Bu, hökmən olmalıdır. Bunlarsız vurusa qarşı mübarizə aparmaq mümkin deyil. Buna əməl olunarsa, yoluxanların sayında xeyli dərəcədə azalma olar. Məsələn, Çin nümunəsi. Virus əvvəl Çində başladı, insanlar çox böyük sıçrayışla yoluxdu və tədricən Çin bunun öhdəsindən gəldi. Nəyin hesabına? Nizam-intizamın hesabına. Onlar deyilənlərə əməl etdilər. Özlərini tədric vəziyyətinə saldılar, xəstə oldu-olmadı tibbi maskalardan istifadə etdilər. Eyni zamanda digər şərtlər də tətbiq edildi. Ona görə də bu virusdan xilas olmağın hələlik yeganə yolu budur. İndi vaksin gələr, onun vasitəsi ilə böhranlı vəziyyətdən çıxa bilərik".

Deputat yaranmış vəziyyətin nə qədər davam edəcəyi ilə bağlı hər hansı fikir deməkdə çətinlik çəkdiyini vurğulayıb:

"Bu səbəbdən Azərbaycan zərurətdən doğan sərt karantin rejiminə keçmək məcburiyyətində qaldı. Biz buna alışmalı və deyilənlərə birmənalı şəkildə əməl etməliyik. İşimiz olmadan gəzməyə çıxmalı deyilik. Əgər gəzməyə, yaxud da hər hansı zəruri səbəbdən evdən 3 saat müddətində icazə ilə çıxırıqsa, maska ilə gəzmək, eyni zamanda məsafəni gözləmək lazımdır. Bir neçə nəfərlə parklarda gəzməyə ehtiyac yoxdur. Əgər belə bir hal olarsa, aralarında məsafə olmalıdır".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top