ÜST bölgələrdə apardığı monitorinqlərin nəticələrini açıqladı

SOSİAL 16 dek 2020, 11:45
Dekabrın 8-dən 12-dək Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərlə birgə Gəncə, Tərtər, Bərdə və Ağdamda tibb məntəqələri, poliklinikalar və xəstəxanalara baxış keçirib.

Demokrat.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı qurumun Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqində deyib.

O qeyd edib ki, ümumilikdə vəziyyət stabildir: “Bir neçə tibb müəssisəsinə qismən ziyan dəyib. Zəruri tibbi xidmətlərin göstərilməsinə fasilələr yaranıb. Peyvəndləri lazımi səviyyədə saxlamaq üçün soyuq zəncir prinsipi tətbiq edilməlidir. Lakin bu da indiki şəraitdə müəyyən vaxt tələb edir”.

H.Harmancı bildirib ki, bəzi bölgələrdə tibb işçilərinin çatışmazlığı müşahidə olunur: “Münaqişə səbəbindən bir çox insanlarda stres siptomları meydana gəlib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top