“SOCAR Petroleum” müştəriləri hər yanacaq alışında kəşbəklər əldə edəcəklər

SƏNAYE VƏ ENERGETİKA 15 dek 2020, 11:19
“SOCAR Petroleum” müştəriləri hər yanacaq alışı həyata keçirdikdə bonus şəklində keşbəklər əldə edə biləcəklər.

Bu barədə Oxu.Az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məlumat verib.

Onun sözlərinə görə, “SOCAR Petroleum” müştəriləri üçün növbəti dövrdə bonus sistemini tətbiq etməyi planlaşdırır, bu sistemin tətbiqi üzərində işlər aparılır:

“Belə ki, hər bir müştəri yanacaqdoldurma həcminə görə ödəniş etdiyi məbləğə əsasən, keşbək əldə edə biləcək. Yəni, “SOCAR Petroleum”dan əldə edilən yanacaq dəyərinə müvafiq olaraq həmin məbləğin bir qismi müştərinin hesabına geri qaytarılır və bu bonuslar kəşbək olaraq istifadəçinin kartında yığılır”.

Ü.Həbibbəyli bildirib ki, belə bir plan perspektivdə mövcuddur və hələlik bonus sisteminin tətbiqi üzərində işlər gedir. O qeyd edib ki, bu xidmət aktiv edildikdə müştərilər QR kod sisteminə qoşulmaqla və eyni zamanda, mövcud “SOCAR Petroleum” kartları vasitəsilə bu fürsətdən yararlana bilərlər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top