Belarusda sonuncu iğtişaşlarda 200-dən çox insan saxlanıldı

DÜNYA 14 dek 2020, 15:24
Belarusda dünən keçirilən hökumət əleyhinə iğtişaşlarda 271 nəfər saxlanılıb.

Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumilikdə 271 nəfər kütləvi tədbirlər haqqında qanunvericiliyin tələblərini pozduğuna görə saxlanılıb.

Qeyd edək ki, Belarusda keçirilən prezident seçkilərindən sonra ölkədə hökumət əleyhinə etirazlar başlayıb. Çox sayda Belarus vətəndaşı ölkə prezidenti Aleksandr Lukaşenkonu istefa verməyə çağırır. Keçirilən mitinqlərdə bu günə qədər çox sayda insan polis tərəfindən həbs edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top