Bakıda “Niva” üç maşını əzdi — FOTOLAR

HADİSƏ 13 dek 2020, 10:27
Bakının Nərimanov rayonunda dörd avtomobilin iştirakı ilə yol qəzası qeydə alınıb.

Demokrat.az xəbər verir ki, hadisə Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində baş verib.

“Niva” markalı avtomobil idarəetmədən çıxaraq işıqforun qırmızı işığında dayanan “VAZ 2115” və iki “Hyundai” markalı avtomobillərə çırpılıb. Daha sonra sürücü avtomobillə birgə ərazidən uzaqlaşıb.

“Hyundai” markalı maşının sürücüsü Cavid Xəlilovun verdiyi məlumata görə, “Niva” yüksək sürətlə hərəkətdə olub.

Faktla bağlı Yol Patrul Xidmətinə müraciət edilib. Daha sonra “Niva” markalı avtomobili idarə edən sürücü avtomobillə birgə əraziyə gətirilib. O, bildirib ki, hadisədən yayınmaq istəməyib, sadəcə, anası xəstə olduğu üçün ərazini tərk etməli olub.

Nərimanov polisi sürücünü hadisə yerindən yayındığı üçün məsuliyyətə cəlb edib.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top