“Fənərbaxça”dan ağır məğlubiyyət

İDMAN 13 dek 2020, 00:18
Türkiyə Super Liqasında XII tur 5 oyunla davam edib.

Demokrat.az
xəbər verir ki, “Fatih Karagümrük” üzərində inamlı qələbə qazanan “Hatayspor” turnir cədvəlində onu qabaqlayıb.

Abdullah Avcının gəlişindən sonra məğlubiyyət görməyən “Trabzonspor” Kayseridən qolsuz bərabərliklə dönüb.

Günün sürpriz nəticəsi İstanbulda qeydə alınıb. “Yeni Malatyaspor”u qəbul edən liderlər qrupundakı “Fənərbaxça” doğma arenasında ardıcıl 3-cü məğlubiyyətini alıb. “Sarı-lacivərdlilər” darmadağına üzülüblər. 

Turun qalan oyunları dekabrın 13-14-də keçiriləcək.


Türkiyə Super Liqası
XII tur
12 dekabr


“Hatayspor” – “Fatih Karagümrük” – 3:1
Səlim Ilqaz, 11, Bupendza, 75, 83 – Cimmi Durmaz, 65
“Kayserispor” – “Trabzonspor” – 0:0
“Rizəspor” – “Göztəpə” – 3:2

Boldrin, 45+3 (pen.), Mixalak, 57, Skoda, 90+1 – Yalçın Kayan, 66, Napoleoni, 81
“Ankaragücü” – “Konyaspor” – 4:3
Lobjanidze, 16, Borven, 48, Paintsil, 78, Əmrə Güral, 89 (pen.) – Uğur Dəmirok, 29 (pen.), Miloşeviç, 38, Skubiç, 69
“Fənərbaxça” – “Yeni Malatyaspor” – 0:3
Adəm Büyük, 9 (pen.), Umut Bulut, 22, Ndayişimiye, 48

"Apasport"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top