DİN: Sərt karatin günlərində 3 saatdan artıq it gəzdirmək olmaz


GÜNDƏM 12 dek 2020, 12:37
Daxili İşlər Nazirliyi sərt karantin rejimi zamanı itlərin gəzdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, sərt karantin rejimində vətəndaşların aldıqları icazə müddəti ərzində itlərini gəzdirməsinə icazə var:

“Ev heyvanlarından itlərin gəzdirilməsi üçün əlavə icazə almağa ehtiyac yoxdur. Ərzaq və dərman almaq, bank və poçt xidmətlərindən istifadə etmək üçün, habelə açıq havada vaxtın keçirilməsi ilə əlaqədar SMS vasitəsilə evdən çıxmaq icazəsi almış şəxslər üç saat müddətində həm də itlərini gəzdirə bilərlər”.


Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top