Zibil atmaq üçün icazə almalıyıq? — RƏSMİ AÇIQLAMA


GÜNDƏM 12 dek 2020, 12:06
Daxili İşlər Nazirliyi dekabrın 14-dən etibarən tətbiq ediləcək sərt karantin rejimi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

DİN Mətbuat Xidmətindən Demokrat.az-a bildirilib ki, məişət tullantılarının atılması məqsədilə evdən çıxmağa icazə almaq tələb olunmur: 

"Lakin bu hüquqdan sui-istifadə edilməməli, vətəndaş məişət tullantısını atdıqdan dərhal sonra evinə qayıtmalıdır”.

Həmçinin, "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən istifadə edə bilər. Bunun üçün əlavə icazə almaq tələb olunmur. Lakin müvafiq icazəsi olmayan şəxslərin həmin avtomobildə daşınması yolverilməzdir və hüquqi məsuliyyət yaradır. 

"İcaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, 8103 nömrəsinə SMS göndərməklə və "E-Təbib” mobil tətbiqi vasitəsilə icazə alan şəxslərin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtomobillə hərəkətinə icazə verilir. 


Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top