Cəbrayılda 20 erməni hərbçisinin meyiti tapıldı

QARABAĞ 11 dek 2020, 23:50
İtkin düşmüş erməni hərbçilərinin qohumlarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində axtarış əməliyyatlarında iştirak etməyə icazə verilib.

Ermənistan Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Unan Tadevosyan bildirib ki, axtarış işləri əsasən Füzuli və Cəbrayıl istiqamətində aparılır.

“Dünən Cəbrayılda 20, Talışda isə 1 isə hərbçinin meyiti tapıldı”, - Tadevosyan bildirib.

Tadevosyan onu da bildirib ki, noyabrın 13-dən etibarən axtarış-xilasetmə əməliyyatlarında 802 meyit, həmçinin sağ erməni əsgəri aşkar edilib. Onu noyabrın 14-də Şuşa meşələrində tapıblar. Həmin gün həmin yerdə yaralı Azərbaycan əsgəri də aşkar edilib./Bakupost.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top