İşğaldan azad olunmuş ərazilərlə bağlı FƏRMAN

DAXİLİ SİYASƏT 11 dek 2020, 18:25
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Demokrat.az-nın məlumatına görə, Fərmana əsasən, müvəqqəti komendantlıqların fəaliyyət göstərdikləri ərazilərdəki vəzifələrinə dəyişiklik edilib.

Beləliklə, hərbi vəziyyətin ləğv edilməsi ilə əlaqədar hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdəki vəzifələri sırasından çıxarılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top