Hesablama Palatasına sədr təyin olundu

GÜNDƏM 11 dek 2020, 11:19
Parlamentin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin edilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb.

Demokrat.az xəbər verir ki, iclasda Vüqar Tapdıq oğlu Gülməmmədovun Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi barədə rəyə baxılıb.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılıb və Vüqar Gülməmmədovun yenidən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilməsinə razılıq verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top