BMT Dağlıq Qarabağa missiya göndərmək istəyir

QARABAĞ 10 dek 2020, 22:51
BMT Dağlıq Qarabağa öz missiyasını göndərmək niyyətini saxlayır və bütün tərəfləri missiyanın regiona ən qısa zamanda gəlməsi üçün əməkdaşlığa çağırır.

Demokrat.az
xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

Qeyd edək ki, bir müddət əvvəl də BMT-də bildiriblər ki, region sakinlərinin ehtiyacına görə beynəlxalq missiya dekabrın əvvəlində Dağlıq Qarabağa gəlməlidir, ancaq bu, hələlik reallaşmayıb.

"Mən deməzdim ki, hansısa maneələr var”, - Dujarrik qeyd edib: “Detallar hələ işlənilir".

"Qeyd etdiyim kimi, biz münaqişə regionlarında bütün zərərçəkənlərin humanitar ehtiyaclarını təmin etməyə hazırıq. BMT-nin Humanitar məsələlər üzrə İdarəsində və başqa departamentlərdəki həmkarlarımız humanitar ehtiyacların müstəqil qiymətləndirilməsi üçün bütün tərəflərlə işləyirlər", - deyə o əlavə edib./“Report”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top