Avtomobilin vurduğu qadın xəstəxanada öldü

HADİSƏ 10 dek 2020, 14:47
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 9-u saat 8 radələrində Nərimanov rayonunun Təbriz küçəsi ərazisində şəhər sakini M.Ramazanov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən şəhər sakini Fatma Delşadı vurub. Nəticədə piyada xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top