Vətən üçün canından keçən 19 yaşlı Elmir Süleymanov — VİDEO

GÜNDƏM 09 dek 2020, 15:45
Vətən müharibəsi zamanı Ağsu rayon Gəgəli kəndinin dörd qəhrəman igid övladı şəhidlik zirvəsinə ucalıb. 

Baku TV xəbər verir ki, həmin igid övladlarımız böyük izdihamla, kənd qəbiristanlığında dəfn olunublar. And yerinə çevrilən şəhidlərimizin məzarları bu gün xalqımız tərəfindən ziyarət olunur və onlar böyük ehtiramla yad edilirlər. 

Vətəni üçün canından keçən qəhrəmanlarımızdan biri də 19 yaşlı gənc şəhidimiz Elmir Süleymanlıdır. 

Bir il dörd ay idi ki, hərbi xidmətdə olan E.Süleymanlı döyüşlərə qatılaraq şücaət göstərib. Düşmənə sarsıdıcı zərbələr endirərək Vətən torpağını işğalçılardan xilas etmək üçün son nəfəsinə qədər vuruşub. Qəhrəmanımız öz qardaşı ilə eyni cəbhədə döyüşsə də, onu görmək Elmirə nəsib olmayıb. 

Şəhid atası Aqil Süleymanlı oğulunun qərmanlığından qürur duyduğunu deyib. E.Süleymanlı sonuncu dəfə atası ilə telefonla danışaraq halallıq istəyib. Və bu, onun ailəsinə sonuncu zəngi olub.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top